Küveytdəki hava bazasına hücumda 4 ABŞ hərbçisi yaralanıb

08:42 01.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın Küveytdə yerləşən hava bazasına endirdiyi ballistik raket zərbəsi nəticəsində azı dörd ABŞ hərbçisi və Pentaqonun daha üç podratçısı yüngül xəsarət alıb.

Hafta.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı öz mənbələrinə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, bütün yaralılar hücumdan sonrakı 24 saat ərzində xidmətə qayıdıblar.

Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı mayın 28-də Küveyt Silahlı Qüvvələrinin Vaşinqtonun məlumatına əsasən İran tərəfindən buraxılmış ballistik raketi ələ keçirdiyini açıqlamışdı.